AZ

Oqtay Şirəliyevlə vida mərasimi başlayıb - Fotolar

Oqtay

Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Reyting.az
Trend-ə istinadla bildirir ki, Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları, Səhiyyə Nazirliyi, TƏBİB rəhbərliyi, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak edirlər.

Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.


Seçilən
23
7
reyting.az

9Mənbələr