AZ

Əhalinin bank əmanətləri: milli və xarici valyutada artım qeydə alınıb

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərinəmanətlərinin həcmi 15,461 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi cari ilin avqustun 1-nənisbətən 4,5 milyon manat və ya 0,03%, ötən ilin analoji dövrü iləmüqayisədə isə 1,3 milyard manat və ya 9% artıb.

Bu ilin sentyabrın 1-nə fiziki şəxslərin milli valyuta iləbanklarda əmanətlərinin həcmi 10,495 milyard manat, xarici valyutailə isə 4,965 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin avqustun 1-i iləmüqayisədə 23,4 milyon manat və ya 0,2%, illik müqayisədə isə 1,1milyard manat və ya 12% artıb.

Xarici valyuta ilə isə bu göstərici cari avqustun 1-nə olanrəqəmlərə nisbətən 18,8 milyon manat və ya 0,4% azalıb, illiknisbətdə isə 151,2 milyon manat və ya 3,1% artıb.

Seçilən
16
az.trend.az

1Mənbələr