AZ

1 ay öncədən bu 5 əlamət ürək tutmasının xəbərçisidir

Ürək tutması adətən qəflətən ortaya çıxan bir sağlamlıq problemi kimi tanınır. Lakin tədqiqatlar göstərir ki, bəzi xəbərdarlıq əlamətləri tutmadan həftələr öncə müşahidə oluna bilər. Xüsusilə qadınlarda bu əlamətlərin görməzdən gəlməsi ölüm riskini artırır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, ürək tutmasının klassik əlamətləri adətən sinə ağrısı ilə əlaqələndirilir. Lakin qadınlarda daha fərqli və qeyri-müəyyən işarələr üstünlük təşkil edə bilər. Bu isə səhv diaqnozlara və tibbi yardıma gec müraciətə səbəb ola bilər.

Circulation jurnalında yayımlanan araşdırmaya görə, qadınların ürək tutmasından bir ay əvvəl tez-tez həzm pozğunluğu yaşadığı müəyyən edilib. Araşdırmaya qatılan qadınların %39-u tutmadan əvvəl mədə narahatlığından şikayətçi olub. Lakin bu əlamət tutma zamanı müşahidə edilməyib.

NHS həzm pozğunluğunu yuxarı qarın nahiyəsində ağrı və ya narahatlıq (dispepsi) və sinə sümüklərinin arxasında yanma hissi (ürək turşusu) kimi izah edir.

Araşdırmaya görə, qadınlar ürək tutmasından əvvəlki ayda adətən bir neçə əlamət yaşayır. Ən yayılmış əlamətlər:

Qeyri-adi yorğunluq (%71)

Yuxu pozğunluğu (%48)

Nəfəs darlığı (%42)

Həzm pozğunluğu (%39)

Narahatlıq (%36)q

Ürək tutması zamanı yaşanan əlamətlər:

Nəfəs darlığı (%58)

Zəiflik (%55)

Qeyri-adi yorğunluq (%43)

Soyuq tər (%39)

Başgicəllənmə (%39)

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
15
e-saglam.az

1Mənbələr