AZ

Erməni arxiyepiskopuna iki il həbs cəzası – EMK: “Bu, siyasi təqibdir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Konqresi arxiyepiskop Mikael Acapaxyanın iki il müddətinə azadlıqdan məhrum edilməsini "siyasi təqib" adlandırıb. Partiyanın bəyanatında qeyd olunur ki, bu hadisə hakimiyyətin Erməni Apostol Kilsəsinə qarşı başladığı kampaniyanın bir hissəsidir və söz azadlığının məhdudlaşdırılmasına yönəlib.

Konqres xatırladıb ki, 2024-cü ildə prokurorluq və Milli Təhlükəsizlik Xidməti arxiyepiskopa qarşı cinayət tərkibi görmədiyi halda, bir il sonra hökumətin kilsəyə qarşı açıq təzyiqlərindən sonra iş yenidən qaldırılıb.

Mikael Acapaxyan iyunun sonunda hakimiyyəti devirməyə çağırış ittihamı ilə həbs olunmuşdu. Onun keçmiş müsahibələrində hökumətin siyasətini "ölkə üçün fəlakətli" adlandırması ittihama əsas kimi göstərilib.

Məhkəmə 3 oktyabrda arxiyepiskopa iki il həbs cəzası verib. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr