Azərbaycanın altı cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.
Tribunainfo.az xəbər verir ki, Məhəmmədəli Hüsüyev (55 kq), Sunay Salamova, Zeyd Ələsgərov (60 kq), Gülşən Hüseynova (44 kq), Hüseyn Hüseynov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) bu raundadək irəliləyə bilib.
Qeyd edək ki, bu gün start götürən cüdo yarışları sabah başa çatacaq.