AZ

Türkiyə Orta Dəhliz dəmir yolu xəttinin modernləşdirilməsinə hazırlıqlara başlayır

Bakı. Trend:

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi “Eastern TürkiyeMiddle Corridor Railway Development Project” (ETMIC) və “IstanbulNorth Rail Crossing Project “(INRAIL) adlı iki iri dəmir yolulayihəsi üçün erkən bazar qarşılıqlı fəaliyyəti (Early MarketEngagement, EME) prosesinə start verdiyini elan edib.

Trend bu barədəAsiya İnkişaf Bankına istinadən xəbər verir.

Məlumata görə, layihələr Dünya Bankı və digər beynəlxalq maliyyəinstitutları tərəfindən maliyyələşdirilir. ETMIC layihəsinin ümumidəyəri təxminən 1,615 milyard ABŞ dolları, “INRAIL” layihəsinin isə8,1 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə ƏDV, gözlənilməzxərclər, tikintiyə nəzarət və layihənin idarə olunmasıdaxildir.

“ETMIC layihəsi Türkiyənin Gürcüstanla sərhəddə Divriqi–Qarsdəhlizindən keçən Şərq dəmir yolu xəttinin modernləşdirilməsinəyönəlib. Layihə çərçivəsində 587 km-lik dəmir yoluinfrastrukturunun bərpası, 667 km-lik xəttin tamelektrikləşdirilməsi, körpülərin, tunellərin, stansiyaların vətəhlükəsizlik sistemlərinin əsaslı təmiri nəzərdə tutulur.

Modernləşdirmə zamanı yarımstansiyalar, 154 kV-luq enerji ötürməxətləri, müasir siqnalizasiya və telekommunikasiya sistemləri,mərkəzi dispetçer idarəetmə sistemi, eləcə də 320 km-lik paylanmışakustik monitorinq sistemi quraşdırılacaq. ETMIC layihəsi OrtaDəhlizin strateji hissəsinə çevrilərək Gürcüstanla birbaşa əlaqənitəmin edəcək və Xəzər, həmçinin Mərkəzi Asiya nəqliyyatşəbəkələrinə qoşulmanı mümkün edəcək.

INRAIL layihəsi isə Boğaz üzərindəki Yavuz Sultan Səlimkörpüsündə mövcud dəmir yolu xəttindən istifadə etməklə, təxminən125 km uzunluğunda alternativ İstanbul dəmir yolu keçidinintikintisini nəzərdə tutur. Xətt elektrikləşdiriləcək və sərnişin,həm də yük daşımaları üçün tam siqnalizasiya sistemləri ilə təchizolunacaq. Bu xətt İstanbulun Avropa və Asiya tərəflərindəki havalimanlarını ölkənin sürət qatarları şəbəkəsi ilə birləşdirəcək.Sərnişin qatarları 160 km/saat, yük qatarları isə 80–120 km/saatsürət yığa biləcək ki, bu da hava və dəmir yolu nəqliyyatınıninteqrasiyasını təmin edərək şəhərdə mobilliyi artıracaq.

Məqalədə:
Seçilən
56
1
az.trend.az

2Mənbələr