AZ

Avropada oynayan azərbaycanlı: "İnsanların milliyə layiq görməkləri mənim üçün əlavə motivasiyadır"

"Son matçda "Tirana"ya uduzduq. Təbii ki, hər oyuna qalibiyyət üçün çıxırıq. Bu məğlubiyyət bizim üçün üzücü oldu. Ondan əvvəlki turda "Biliş"ə də uduzmuşduq. Həmin görüşdə qol vurmuşdum. Sentyabrın 27-i idi, Azərbaycanda anım günü olduğu üçün, vurduğum qolu əsgər salamı ilə qeyd etmişdim. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə sağlamlıq qismət etsin".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Partizani"nin futbolçusu Vüsal İsgəndərli deyib.

O, Albaniya klubunda vurduğu qolların sayını artırmaq istədiyini söyləyib: "Əlbəttə ki, daha çox qol vurmaq istəyirəm. Bu qollarla komandama qalibiyyət gətirməyi də arzulayıram. Təəssüf ki, indi istədiyimiz nəticələri qazana bilmirik. Lakin daha yaxşı olacağına inanıram".

İsgəndərli, Azərbaycan milli komandasına dəvət ediləcəyinə inandığını bildirib: "Əlbəttə ki, milli komandadan dəvəti həmişə gözləyirəm. Dəvət gələrsə, millimiz üçün əlimdən gələni etməyə hazıram. Hamı milliyə dəvət ediləcəyimə inandığını yazır. Məni milliyə layiq görməkləri mənim üçün əlavə motivasiyadır".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
28
1
sportal.az

2Mənbələr