AZ

Türkiyədə 50 metrlik kran tələbə yataqxanasının üzərinə aşıb

Türkiyənin Şişli vilayətində yaşayış binasının tikintisində istifadə olunan təxminən 50 metr hündürlüyə malik kran aşıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisə Mecidiyeköydə baş verib.

İnşaat kranı tikinti sahəsinə yaxın olan tələbə yataqxanasının üzərinə aşıb.

Hadisə zamanı yataqxanada tələbələr olsalar da, xəsarət alan olmayıb.

Binaya maddi ziyan dəyib.
 
 
 


Seçilən
18
4
7news.az

6Mənbələr