AZ

“İnter”in hücumçusu millimizə qarşı niyə oynamayacaq?

“İnter”in hücumçusu Markus Türamın DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə oyunlar üçün Fransa yığmasına çağırılmamasının səbəbi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İtaliya klubunun aparıcı futbolçusu zədə səbəbindən qarşıdakı matçları buraxmalı olacaq.

28 yaşlı forvard baş məşqçi Didye Deşamın ilkin siyahısında olub. Lakin o, Çempionlar Liqasının II turunda “Slaviya” ilə oyunun 66-cı dəqiqəsində bud nahiyəsindən zədə alıb.

Sol ayağından xəsarət aldığı üçün əvəzlənən hücumçunun durumunun o qədər də ağır olmadığı açıqlanıb. Lakin onun bir müddət müalicə almasının vacibliyi vurğulanıb.

Bu üzdən o, A Seriyasının qarşıdakı turu ilə yanaşı, millinin buaykı matçlarında da iştirak etməyəcək.

Fransa – Azərbaycan oyunu oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda keçiriləcək.

Seçilən
37
sportinfo.az

1Mənbələr