AZ

Milli Məclisdə vərəmlə mübarizəyə həsr olunan dinləmə keçiriləcək - Soltan Məmmədov

Bakı. Trend:

Bu ilin ən vacib tədbirlərindən biri Milli Məclisdə vərəmləmübarizəyə həsr edilən dinləmənin keçirilməsi olacaq.

Trend xəbər verir ki, bunuMilli Məclisin deputatı Soltan Məmmədov Ümumdünya AğciyərSağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransdaçıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, parlamentsəhiyyənin inkişafına davamlı olaraq dəstək göstərməyə hazırdır:"İstənilən sahədə əldə olunan uğurlar ölkəmizin Prezident İlhamƏliyevin rəhbərliyi altında həm sosial, həm iqtisadi, həm dəhumanitar istiqamətdə inkişafının bariz nümunəsidir. Xüsusiləsəhiyyəmizin inkişafında uğurlar göz qarşısındadır.

Milli Məclis səviyyəsində də davamlı olaraq qanunvericilikbazasının təkmilləşdirilməsi, vərəmlə mübarizədə lazım olantədbirlərin görülməsi üçün işlər aparılır. Müvafiq qurumlarıngördüyü işlərlə bərabər, Milli Məclis də tələb olunan bütün qanundəyişikliklərini etməyə hazırdır".

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr