AZ

Keçmiş idman naziri Əbülfəs Qarayev: “Oqtay Şirəliyev çox gözəl insan idi”

“Mən şəxsən onunla dostluq edirdim. O, çox gözəl insan, gözəl həmkar idi”.

İdman.biz “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri keçmiş idman naziri Əbülfəs Qarayev sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimində onun haqqında danışarkən deyib.

O qeyd edib ki, Oqtay Şirəliyev həmişə insanlara əl uzadan, çətinlik olanda kömək edən insan olub:

“Mədəniyyət işçilərinin barmağı ağrıyırdı, Oqtay müəllim canla-başla kömək edirdi. Bütün işləri təşkil edirdi. Üstəlik, onun yaratdığı Diaqnostika Mərkəzi bu gün də Azərbaycanda mühüm yer tutur. Onun haqqında ancaq xoş xatirələr qalacaq. Biz yaxın dostumuzu itirdik. Allah ona rəhmət eləsin”, - Ə.Qarayev söyləyib.

Qeyd edək ki, Əbülfəs Qarayev 1994-2001-ci illərdə Azərbaycanın gənclər və idman naziri olub.

İdman.biz

Seçilən
47
2
idman.biz

10Mənbələr