AZ

Sabah İsrail və HAMAS Misirdə danışıqlara başlayacaq

Qəzza zolağında davam edən münaqişəsinin həlli ilə bağlı ABŞ və İsraildən olan nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar oktyabrın 5-də Misirdə keçiriləcək.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff artıq Misirə yollanıb.

Danışıqlarda eyni zamanda, ABŞ nümayəndə heyətində Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin də yer alacağı bildirilir. O Qəzza zolağında münaqişənin nizamlanması ilə bağlı planı tərtibatçılarından biridir.
 

İsraildən olan nümayəndə heyətinə isə baş nazir Binyamin Netanyahunun səlahiyyəti vəkili - İsrailin strateji planlaşdırma naziri Ron Dermerin başçılıq edəcəyi söylənilir.


Qeyd edək ki, oktyabrın 3-də HƏMAS hərəkatı Trampın irəli sürdüyü plan əsasında bütün girovları azad etməyə hazır olduğunu bildirib. Eyni zamanda HƏMAS Qəzza zolağının idarəçiliyinin fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyət orqanına təhvil verilməsinə razı olub.

Bizim.Media

Seçilən
46
7
bizim.media

10Mənbələr