AZ

Tbilisidən Brüsselə sərt mesaj: Bizi öz martionetinizə çevirə bilməyəcəksiniz

BAKI, 4 oktyabr. TELEQRAF

“Gürcüstanın marionet dövlətə çevriləcəyinə ümid bəsləyənlər bu gün Gürcüstan xalqının iradəsini göstərəcəklər, bu, Brüssel (Avropa İttifaqı) üçün növbəti lakmus sınağı”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, Brüssel Gürcüstan hökumətində öz marionet nümayəndələrini görmək istəyir:

“Ekstremistlər yaramazdırlar, demokratiyanın düşmənidirlər. Ona görə də ekstremist partiyaları konstitusiyaya zidd elan etmək üçün konstitusiya dəyişikliyi üzərində işləyirik. Ekstremizmlə mübarizədə qanunvericilik vasitələrindən istifadə etmək lazımdır. Bu yaxınlarda Almaniyada ekstremist təşkilat, Moldovada bir partiya ləğv edilib”.

Spiker qeyd edib kiƏ, ekstremistlərə hüquqi cavab verməkdən başqa çarə yoxdur:

“Gürcüstanın marionet dövlətə çevriləcəyinə ümid bəsləyənlərə bu gün Gürcüstan xalqı iradəsinin harada olduğunu göstərəcək. Brüssel üçün daha bir lakmus sınağı olacaq - onlar xalqın legitimliyini nəzərdə tutan həqiqi, Avropa dəyərlərinə sadiqdirlər, yoxsa keçən il seçkilərdən sonra Brüsseldə bəziləri Gürcüstan hökumətində öz marionet nümayəndələrini görmək istəyəndə müşahid etdiyimiz siyasi intriqaya qarışacaqlar”.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Seçilən
30
1
teleqraf.com

2Mənbələr