AZ

Avtobusun altında qalıb ölən qadın qardaşı ilə dalaşıb qaçırmış...

Xəbər verdiyimiz kimi, Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Pravda.az Gencexeber.az-a istinadən məlumatına görə, Gəncə şəhərində yeni istifadəyə verilən “İsuzu Novociti” markalı marşrut avtobuslarından biri 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata görə, mərhum hadisədən öncə qardaşı ilə mübahisə edib və ev geyimində avtomobil yolunun hərəkət hissəsinə qaçıb.

 

Sürücü saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 4 Oktyabr 2025, 15:06   
Seçilən
18
23
pravda.az

10Mənbələr