III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi müvafiq məkanlarda sularda təhlükəsizlik və mümkün xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmət tərəfindən Kür çayının Mingəçevir şəhəri sahilinə düşən hissəsində keçirilən avarçəkmə yarışlarının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, o cümlədən xilasedici qayıqlarla xidmət aparılır. Bundan əlavə, kiçikhəcmli gəmilərin dayanacağı üçün baza, qurğu və yanalma körpülərindən təhlükəsiz istifadə ilə bağlı Xidmətin mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinqlər davam etdirilir.