AZ

İran Prezidenti: Hicab məcburi olmamalıdır

BAKI, 4 oktyabr. TELEQRAF

“Mən məcburiyyətə inanmıram və bunu praktiki hesab etmirəm”

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində ölkədə qadınlara hicabın məcburi olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən məcburiyyətə inanmıram və bunu praktiki hesab etmirəm. Bizim izlədiyimiz prosesdə belə bir şey yoxdur. Heç vaxt kimisə nəyisə etməyə məcbur edə bilməzsən. Ancaq ləyaqəti qorumaq və mədəniyyətlərə hörmət etmək bir-birimizdən gözləntimizdir.

İndi də ölkəmizdə yazılı qanunlar olmasına baxmayaraq, eyni çərçivədə bir tendensiya formalaşır. İnanc və imanbaxımından mən inanıram ki, kimisə istədiyini etməyə asanlıqla məcbur edə bilməzsən. Oturub dialoq və uyğun üsullarla bir-birimizlə danışmalıyıq. Bu məsələləri döyüş, savaş, həbslər və bəzən baş verə biləcək digər hərəkətlərlə həll etmək olmaz. Hazırda İranda belə bir yanaşma yoxdur. Yox, normal hicabdan çox-çox kənara çıxan davranışlar olmasa”, - dövlət başçısı bildirib.

Seçilən
28
3
teleqraf.com

4Mənbələr