Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin ortaqiymətlərində azalma qeydə alınıb.
Trend xəbərverir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən"Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 2,27 ABŞ dolları və ya 3,16% azalaraq 69,57 dollar/bareltəşkil edib. Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti70,65 dollar/barel, minimum isə 69,21 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında"Azeri Light" markalı xam neftin orta qiyməti 68,03 dollar/bareltəşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,23 ABŞdolları və ya 3,17% azdır. Sözügedən dövr ərzində bu markalı xamneftin maksimal qiyməti 69,11 dollar/barel, minimum isə 66,95dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 3,03 ABŞ dolları və ya 5,25% azalaraq 54,62 dollar/bareltəşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 56,04dollar/barel, minimum isə 53,32 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiymətiəvvəlki həftə ilə müqayisədə 2,14 dollar və ya 3,08% ucuzlaşaraq,67,34 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə,“Dated Brent” neftinin maksimal qiyməti 68,85 dollar/barel, minimumisə 66,01 dollar/barel təşkil edib.
Neft/ data | 29.09.2025 | 30.09.2025 | 1.10.2025 | 2.10.2025 | 3.10.2025 | Orta qiymət |
Azeri LT CIF | $70,65 | $69,86 | $69,61 | $68,51 | $69,21 | $69,57 |
Azeri Light FOB Ceyhan | $69,11 | $68,32 | $68,07 | $66,95 | $67,69 | $68,03 |
Urals (EX NOVO) | $56,04 | $55,14 | $54,75 | $53,32 | $53,84 | $54,62 |
Dated Brent | $68,85 | $67,94 | $67,43 | $66,01 | $66,49 | $67,34 |