Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Cəbrayıl, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Doğma Cəbrayılda məskunlaşmağımızın bir ili tamam olub. Bu müddət ərzində hər gün burada özümü daha xoşbəxt hiss edirəm. Çünki Vətənə qovuşmaq ən ülvi hissdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Cəbrayıl şəhər sakini Vaqif Əlisoy bildirib.
"Cəbrayıl Şəhəri Günü təkcə biz cəbrayıllıların deyil, bütün Azərbaycan xalqının bayramıdır. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, Qələbəmizin təməli məhz Cəbrayılda qoyuldu. Mən özüm Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. İndi Şəhidlər xiyabanına alnıaçıq, üzüağ gedirəm. Çünki onların ruhu şaddır, torpaqlarımız azaddır. Prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun igidliyi sayəsində doğma yurdumuza qovuşduq. Bu gün digər azad olunmuş ərazilərimiz kimi Cəbrayıl da yenidən dirçəlir, çiçəklənir”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Cəbrayıl Şəhəri Günü münasibətilə Cəbrayılda təntənəli tədbirlər keçirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.