AZ

Bakının 555 küçəsi YUYULDU

Oktyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda aparılan genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

BŞİH-in mətbuat xidmətindən "Cebheinfo.az" -a bildiriblər ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib. 

Həmçinin gün ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd Çezalpiniya kolu əkilib. Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini verib.

Seçilən
16
10
cebheinfo.az

10Mənbələr