AZ

Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazandı - YENİLƏNİB

Azərbaycanın daha iki cüdoçusu III MDB Oyunlarının qızıl medalını qazanıb.

Hakimiyyet.az xəbər verir ki, Könül Eyvazlı (48 kq) və Fəxri Sahibzadə (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblarç

Hüseyn Hüseynzadə (66 kq) isə gümüş medalla kifayətlənib.

XXX

Azərbaycan cüdoçusu Zeyd Ələsgərov III MDB Oyunlarının qızıl medalını qazanıb.

Hakimiyyet.az xəbər verir ki, idmançı 60 kq çəki dərəcəsində bu uğura imza atıb.

Eyni çəkidə yarışan Röyal Qayıbovun qazancı isə gümüş medal olub.

XXX

44 kq çəki dərəcəsində isə Gülşən Hüseynova qızıl medal, Xədicə Abdullayeva bürünc medal qazanıb.

XXX

55 kq çəki dərəcəsində Məhəmmədəli Hüsiyev gümüş, İbrahim Talıbov bürünc medal qazanıb.

XXX

40 kq çəki dərəcəsində finalda uduzan Sunay Salamova gümüş medal medalla kifayətlənib.

Anar Quliyevin (50 kq) qazancı isə bürünc medal olub.

XXX

Fidan Cəlilli (70 kq) turnirdə üçüncü yerə çıxıb.

Daha əvvəl təmsilçilərimizdən Zemfira Əliyeva (+70 kq) bürünc mükafata sahib çıxmışdı.

XXX

Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.

III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.(Report)

Seçilən
36
8
hakimiyyet.az

9Mənbələr