Sarımsaq antibakterial və immuniteti gücləndirici təsiri ilə tanınsa da, bəzi insanlarda mənfi təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, Mədə problemi olanlar – Xora, qastrit və yüksək turşuluqda ağrını artırır.
Aşağı təzyiqli şəxslər – Sarımsaq təzyiqi daha da sala bilər.
Qan durulaşdırıcı qəbul edənlər – Qanaxma riski yüksəlir.
Hamilə və süd verən qadınlar – Həddindən artıq istifadə mədə narahatlığı yarada bilər.
Allergiyası olanlar – Səpgilər və həzm pozğunluğu mümkündür.
Dietoloqların məsləhəti: Gündə 1–2 diş sarımsaq kifayətdir.
E-saglam.az