Xalq artisti Mənsum İbrahimov özünə qoyduğu qadağadan danışıb.
Xanəndə "Rəngarəng" verilişində həyat tərzindən və formada qalmasından danışıb:
"Sənət adamıyam. Həyat tərzimə diqqət edirəm. Məsuliyyət lazımdır. Tamaşaçı qarşısına çıxanda formada olmalısan. Tamaşaçının nəyinə lazımdır sən çox yemisən, soyuqlamısan... Həyat tərzimə, səsimə diqqət edirəm". (Axşam.az)