AZ

Azərbaycan güləşçiləri III MDB Oyunlarında medal sayı artırıb

III MDB Oyunlarında güləş yarışlarının ikinci günü başa çatıb və Azərbaycan idmançılarının medalçıları müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışlarda Rəvan Həsənzadə (48 kq) qızıl medal qazanıb. Əli Hacıyev (80 kq) və Hüseyn İsmayılov (65 kq) gümüş, Hakim Tağıyev (110 kq), İbrahim Süleymanov (55 kq), qadın güləşçilər Esra Məmmədli (57 kq) və Xədicə Qurbanzadə (49 kq) isə bürünc medallarla kifayətləniblər.

Qeyd edək ki, ötən gün də Azərbaycan sərbəst və qadın güləşçiləri ümumilikdə 7 medal qazanmışdı.

Seçilən
28
1
90deqiqe.az

9Mənbələr