AZ

İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət alıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəİsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyatqəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdəqalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətininİsmayıllı rayon Yanğından Mühafizə Hissəsininyanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "BMW" və“MERCEDES” markalı minik avtomobillərinin toqquşması nəticəsindəyol-qəza hadisəsinin baş verdiyi və "BMW" markalı minikavtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyatvasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi iləavtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlüQuliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardımbriqadasına təhvil veriblər.

Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarətalıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.

Seçilən
29
15
az.trend.az

10Mənbələr