İsrail ordusunun Sumud Donanmasına hücumu zamanı saxlanılan Türkiyə vətəndaşları xüsusi təyyarə ilə Türkiyəyə gətirilib...
APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, İsrailin Eylat şəhərindəki Ramon hava limanından qalxan Türk Hava Yollarına məxsus təyyarə donanmada olan fəalları Türkiyəyə gətirib.
Donanmada olan 36 türk və 23 malayziyalı olmaqla ümumilikdə 137 nəfər bu reyslə İstanbula gəlib.
***
İsrail tərəfindən beynəlxalq sularda saxlanılan "Qlobal Sumud Donanması"nın iştirakçıları Türkiyəyə gətirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, 36-sı Türkiyə vətəndaşı olan 137 "Sumud" iştirakçısı xüsusi aviareyslə İstanbul hava limanına enib.
Həmin şəxslər arasında təkcə Türkiyə deyil, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşları da var.
Xatırladaq ki, bir neçə gün əvvəl İsrail hərbçiləri Qəzza sektorunun sahillərinə fələstinlilər üçün humanitar yardımla gedən "Sumud" flotiliyasının doqquz gəmisini saxlamışdılar.
İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri "Sumud" humanitar flotiliya ilə əlaqə saxlayaraq istiqaməti dəyişməyi xahiş edib, çünki onun gəmiləri döyüş zonasına yaxınlaşır və Qəzza sektoruna dəniz blokadasını pozur.
Poliqon.info