Bu həftə ərzində "Azeri LT CIF", "Azeri Light FOB Ceyhan", Urals" (EX NOVO) və "Dated Brent" markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Day.Az xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,27 ABŞ dolları və ya 3,16% azalaraq 69,57 dollar/barel təşkil edib. Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,65 dollar/barel, minimum isə 69,21 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 68,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,23 ABŞ dolları və ya 3,17% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,11 dollar/barel, minimum isə 66,95 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,03 ABŞ dolları və ya 5,25% azalaraq 54,62 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 56,04 dollar/barel, minimum isə 53,32 dollar/barel olub.
Bu həftə ərzində "Dated Brent" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,14 dollar və ya 3,08% ucuzlaşaraq, 67,34 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, "Dated Brent" neftinin maksimal qiyməti 68,85 dollar/barel, minimum isə 66,01 dollar/barel təşkil edib.
Neft/ data | 29.09.2025 | 30.09.2025 | 1.10.2025 | 2.10.2025 | 3.10.2025 | Orta qiymət |
Azeri LT CIF | $70,65 | $69,86 | $69,61 | $68,51 | $69,21 | $69,57 |
Azeri Light FOB Ceyhan | $69,11 | $68,32 | $68,07 | $66,95 | $67,69 | $68,03 |
Urals (EX NOVO) | $56,04 | $55,14 | $54,75 | $53,32 | $53,84 | $54,62 |
Dated Brent | $68,85 | $67,94 | $67,43 | $66,01 | $66,49 | $67,34 |