AZ

Daur İsmayılov Marneuli meri seçilib

“Gürcü Arzusu” partiyasının Marneuli meri vəzifəsinə namizədi Daur İsmayılov yerli seçkilərdə 94% səs əldə edib...

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən məlum olur.

Marneulidə 81 seçki məntəqəsinin 41-nin nəticələrinə əsasən, soydaşımızın rəqibləri müxalif “Lelo – Güclü Gürcüstan” partiyasının namizədi Əsəd Əliyev 4,7%, “Bizim Vahid Gürcüstan” partiyasının namizədi Əli Bədirov isə 1,4% səs qazanıb.

Poliqon.info

Seçilən
4
18
poliqon.info

10Mənbələr