AZ

Ərdoğanın göstərişi ilə MİT hərəkətə keçdi Fidan

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

İsrail tərəfindən saxlanılan Qlobal Sumud Donanmasının fəallarının İstanbula gətirilməsində prezidentimizin göstərişi ilə Milli İstehbarat Təşkilatı (MİT) hərəkətə keçdi. Koordinasiyaya Türkiyə rəhbərlik etdi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində deyib.

"Fələstinlə bağlı həssaslığımızı dünya bilir. Fələstin üçün ortaq səy olmadı və hərəkət vacib idi. Bu etiraza qatılan qardaş və bacılarımızı təbrik edirəm. Bunun bir çox dövləti bir araya gətirən bir aksiya olması önəmli idi. İsraildə qalan türk fəallarla bağlı prosessual addımlar atılacaq. Ən geci bir neçə gün ərzində onları və digər qardaşlarımızı sərbəst buraxdıracağıq”, - deyə Fidan bildirib.

Qeyd edək ki, ötən gün İsrail tərəfindən beynəlxalq sularda saxlanılan Sumud donanmasının iştirakçıları Türkiyəyə gətirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
axar.az

4Mənbələr