AZ

Tbilisidə mitinqləri təşkil edən məşhur sənətçi həbs edildi

Gürcüstan inqilabının yeni lideri, opera müğənnisi Paata Burçuladze həbs edilib.

Ulusal.az xəbər verir ki, ilkin məlumata görə, ona qarşı konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış, eləcə də qrup halında zorakılığın təşkili və idarə olunması maddələri üzrə ittiham irəli sürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin müavininin açıqlamasına görə, bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Gürcüstan kriminal polisi 4 oktyabr etiraz aksiyasının təşkilatçılarından biri olan Paata Burçuladzenin yerləşdirildiyi klinikaya gəlib.
Opera ifaçısı və müxalifət siyasətçisi Burçuladze prezident sarayının qarşısında baş verən toqquşmalar zamanı gözyaşardıcı qazdan zərər gördükdən sonra xəstəxanaya yerləşdirilmişdi. O, saray rezidensiyasının həyətinə hücum edənlərin ön sıralarında olub. Hadisə zamanı xüsusi təyinatlı polis əməkdaşı onun üzünə bibər qazı sıxıb. Müğənni təcili yardım maşınında oksigen maskası ilə xəstəxanaya aparılıb.

Saat 00:06-a olan məlumata görə, Tbilisidə parlament binasının qarşısında yalnız azsaylı etirazçılar qalıb.

Moldova Prezidenti Maya Sandu sosial şəbəkədə Gürcüstan xalqına dəstəyini ifadə edib:

“Fikirlərim azadlığı və Avropa gələcəyini müdafiə edən Gürcüstan xalqı ilədir. Demokratiyanı susdurmaq mümkün deyil. Moldova sizin tərəfinizdədir,” – Sandu X (Twitter) platformasında yazıb.

Seçilən
46
5
moderator.az

6Mənbələr