AZ

Gürcüstanda etiraz aksiyasının təşkilatçıları SAXLANILDILAR

"Hüquq-mühafizə orqanları Gürcüstanda hökuməti devirməyə çağıran beş etirazçı təşkilatçını saxlayıb".

Publika.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib.

Daxili İşlər Nazirliyinin əməkdaşları Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Manjqaladze və Laşa Beridzeni saxlayıblar. Onları 9 ilə qədər həbs gözləyir.

Oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib və bu seçkilərdə vətəndaşlar şəhər və bələdiyyə merlərini və şəhər şurasının üzvlərini seçiblər. Bu fonda müxalifət üzvləri Tbilisidə etiraz aksiyası təşkil edib və bu aksiya polislə toqquşmaya çevrilib, gözyaşardıcı qazdan istifadə edilib və yaralananlar var. Mitinqə “Gürcü Arzusu” partiyasının seçkilərdə qalib gəldiyini elan etməsi və Avrointeqrasiya öhdəliyini dayandırmaq qərarı səbəb olub.

Seçilən
36
publika.az

1Mənbələr