AZ

Gözəl cütlük: Kriştiano Ronaldo nişanlısı ilə açılışda

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur futbolçu Kriştiano Ronaldo cazibədar nişanlısı Corcina Rodriqes ilə birlikdə ictimaiyyət arasına çıxıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə. cütlük Ər-Riyadda portuqaliyalının sahibinin sahibi olduğu İnsparya saç əkimi klinikasının filialının açılışında iştirak edib.

Futbolçu və sevgilisi ağ-qara geyimləri ilə bir-birini mükəmməl şəkildə tamamlayaraq kameralar qarşısına keçiblər. Ronaldo çox xoşbəxt və rahat görünüb, şəkil üçün gülümsəyib.

Qeyd edək ki, Insparya klinikası saçların böyüməsi məsələləri üzrə ixtisaslaşıb və diaqnostika, müalicə və saç əkilməsi xidmətləri təklif edir. Klinika şəbəkəsi artıq bir neçə ölkədə, o cümlədən Portuqaliya, İspaniya və İtaliyada fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda da yeni filial açılıb.

Xatırladaq ki, portuqaliyalı hazırda orada da çıxış edir. O, 2022-ci ilin sonunda köçdüyü paytaxtın "Əl-Nəsr" klubunun oyunçusudur. Bu mövsüm Kriştiano Səudiyyə klubunun heyətində bütün yarışlarda altı oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
lent.az

2Mənbələr