AZ

Tiflisdə “dinc inqilab” edənlər SAXLANILDI

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilən etiraz aksiyasının təşkilat komitəsinin beş üzvünün hamısının həbs edildiyini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki,  onlar Vahid Milli Hərəkatın üzvü, keçmiş deputat İrakli Nadiradze, partiyanın siyasi şurasının üzvü, Gürcüstanın keçmiş baş prokuroru Murtaz Zodelava,  Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müaviniLaşa Beridze,  Strategiya Ağmaşenebeli partiyasının baş katibi Paata Manjqaladze və Rustaveli prospektinin ictimai platformasının təsisçisi və tanınmış opera müğənnisi Paata Burçuladzedir.

Onlar “Gürcüstanda hökuməti devirməyə çağırışlar” və “qrup zorakılığının təşkilində” ittiham olunurlar. Bu cinayətlərə görə 9 ilə qədər həbs cəzası nəzərdə tutulur.

“Azadlıq meydanında keçirilən aksiyada təşkilatçılar zorakılığa çağırışlar səsləndiriblər və belə çağırışlar hələ oktyabrın 4-dən əvvəl də davam edib”. Daxili İşlər Nazirliyi dəfələrlə etirazçılara müraciət edərək, onları nümayişin dinc şəraitdə keçirilməsini təmin etməyə və qanunlara riayət etməyə çağırıb. Lakin aksiyada zorakılığa çağırışlar edildikdən sonra bir neçə iştirakçı və təşkilatçı prezident sarayının Atonelidəki hasarlarını dağıdıb və onu ələ keçirməyə cəhd ediblər”, - deyə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

“Dinc inqilab” məqsədi daşıyan etiraz aksiyası Tbilisidə bələdiyyə seçkiləri ilə yanaşı keçirilib. Təşkilat komitəsi Gürcüstanın hazırkı hökumətini qeyri-legitim elan edib və “hakimiyyətin dinc yolla ötürülməsini” tələb edib. Siyasi şura təşkilatçılarının çağırışından sonra bəzi nümayişçilər əsas etiraz meydanından təxminən bir kilometr aralıda yerləşən Prezident İqamətgahına girməyə cəhd ediblər.

Xüsusi təyinatlılar gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək etirazçıları geri çəkiblər. Yaxınlıqdakı küçələrdə nümayişçilər bar və restoran avadanlıqlarından istifadə edərək barrikadalar qurdular. Oradan polisə atəşfəşanlıq və daş atılıb.

Səhiyyə Nazirliyi 21 polis əməkdaşının və altı nümayişçinin xəstəxanaya yerləşdirildiyini bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
5
cebheinfo.az

6Mənbələr