AZ

Frankfurt hava limanında dron uçuran “həvəskar” saxlandı – 41 yaşlı xorvatı hansı cəza gözləyir?

Frankfurt hava limanında dron uçuran şəxs saxlanıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı yerli polis açıqlayıb. Bildirilir ki, dronları həvəskar operator olan 41 yaşlı xorvat uçurubmuş. O, yeni aldığı dronları sınadığını iddia edib.

Bildirilir ki, onu böyük cərimə gözləyir.

Qeyd edək ki, hadisə oktyabrın 3-ü səhər saatlarında baş vermişdi. Mətbuatın yazdığına görə, dron “həvəskarı”nı 5 rəqəmli cərimə gözləyir.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr