Bu gün müəllimlərin peşə bayramıdır.
Aznews.az xəbər verir ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.