AZ

“Liverpul” ardıcıl üçüncü oyunda da məğlub oldu Video

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 7-ci turunda “Çelsi” öz meydanında son çempion “Liverpul”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Yeniavaz.com xəbər verir ki, hesabı 14-cü dəqiqədə “Çelsi”nin ekvadorlu yarımmüdafiəçisi Moises Kaysedo açıb.

Hollandiyalı hücumçu Kodi Qakpo 63-cü dəqiqədə bərabərlik qolunu vurub.

“Çelsi”nin qələbə qolunu oyuna əlavə olunmuş 6-cı dəqiqədə 18 yaşlı braziliyalı hücumçu Estevao vurub.

Qeyd edək ki, bu, “Liverpul”un ardıcıl məğlub olduğu üçüncü rəsmi oyundur. Klub daha əvvəl liqada “Kristal Pelas”a və Çempionlar Liqasında “Qalatasaray”a məğlub olub.

“Liverpul” hazırda 15 xalla ikinci pillədə qərarlaşıb. “Çelsi” isə 11 xalla altıncı yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
50
yeniavaz.com

10Mənbələr