AZ

Rusiyanın Ukrayna ilə bağlı yeni planı üzə çıxdı Nazirdən SOS siqnalı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Rusiya ölkənin enerji infrastrukturuna hücum etməklə soyuqdan silah kimi istifadə etməyə cəhd göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

“Ukrayna öz enerji şəbəkəsini qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemlərinə, eləcə də uzaqmənzilli imkanlara ehtiyac duyur”, – deyə o bildirib.

Nazir beynəlxalq ictimaiyyəti Kiyevə dəstək üçün qətiyyətli addımlar atmağa çağırıb.

Qeyd edək ki, oktyabrın 5-nə keçən gecə Rusiya ordusu Ukraynaya qarşı onlarla raket və pilotsuz uçuş aparatı ilə genişmiqyaslı hücum həyata keçirib.

Əsas zərbələr ölkənin qərb bölgələrinə endirilib. Lvov və İvano-Frankovsk vilayətlərində hava həyəcanı fonunda partlayışlar qeydə alınıb. İlkin məlumata görə, Burshtinsk istilik elektrik stansiyası hədəfə alınıb.

Hücum nəticəsində Lvov şəhərinin bir hissəsi işıqsız qalıb. Habelə, Kiyevin nəzarətində olan Zaporojye vilayətində 73 mindən çox insan elektrik enerjisindən məhrum olub.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr