AZ

Kobaxidze: Gürcüstanda beşinci “Maydan” cəhdi uğursuz oldu

“Gürcüstanda ötən gün beşinci “Maydan”a cəhdi uğursuzluğa düçar oldu. Ölkədə iğtişaş yaratmaqla bağlı istənilən cəhdlərin qarşısı alınacaq, məsuliyyət daşıyanlar cəzalandırılacaq”.

APA-nın yerli bürosu xəbəri verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, “milli hərəkatçı”lar artıq beşinci dəfə hakimiyyəti devirməyə, iğtişaşlar yaratmağa cəhd göstəriblər.

“Ötən gün dövlət bu cəhdlərə layiqli cavab verdi. Bizim seçicilərimiz qarşısında ölkədə sağlam, demokratik siyasi sistemin formalaşdırılması üçün kollektiv “milli hərəkatı” və xarici agenturanı tamamilə neytrallaşdırmaq kimi məsuliyyətimiz var”, - Baş nazir söyləyib.

İ.Kobaxidze qeyd edib ki, bir çox insan dövlətə və hüquq-mühafizə orqanlarına qarşı zorakılığa görə sərt şəkildə cəzalandırılacaq.

Xatırladaq ki, ötən gün Tbilisidə müxalifətin təşkilatçılığı ilə mitinq keçirilib. İştirakçılar Prezident sarayına hücum edərək iqamətgahın ərazisinə daxil olublar. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 6 etirazçı və 32 polis əməkdaşı xəsarətlər alıb.

Mitinqin beş əsas təşkilatçısı - Vahid Milli Hətəkat Partiyasının üzvü İrakli Nadiradze, partiyanın siyasi şurasının üzvü Murtaz Zodelava, Laşa Beridze, “Ağmaşenebeli strategiyası” partiyasının baş katibi Paata Mancqaladze və “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze saxlanılıb. Onlar Gürcüstanda hakimiyyətin devrilməsinə çağırışlar etməkdə və qrup halında zorakılığın təşkilatçılığında təqsirli bilinirlər. Bu cinayət əməllərinə görə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Seçilən
13
10
apa.az

10Mənbələr