AZ

Brüsseldə nəhənglərə qarşı plan cızılır İnanılmaz üsul

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) süni intellektdə ABŞ və Çindən asılılığın azaldılması strategiyasını təqdim edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT)  nəşri məlumat yayıb.

“Brüssel dağıdıcı texnologiyalar uğrunda qlobal yarışda ABŞ və Çinlə rəqabət aparmaq üçün yeni planı təqdim etməyə hazırlaşır. Bildirilir ki, bunun üçün Aİ-nin yerli süni intellekt platformaları təşviq edilməlidir”, – deyə nəşr yazıb.

Qeyd edilir ki, yeni birləşmə strategiyası Aİ-nin ABŞ və Çin texnologiyalarından asılılığının azalmasına, həmçinin təhlükəsizliyin və dayanıqlığın təmin edilməsi üçün Avropanın süni intellekt alətlərinin istifadəsinə yardım edəcək.

Safura Bənnayeva 

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
globalinfo.az

1Mənbələr