AZ

Gürcüstanda yerli seçkilərdə “Gürcü arzusu” liderlik edir

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gürcüstanın hakim partiyası "Gürcü Arzusu - Demokratik Gürcüstan" ölkədə keçirilən yerli seçkilərdə 80,79% səs qazanaraq inamla liderlik edib.

Trend-in məlumatına görə, bu, oktyabrın 5-də açıqlanan seçkilərin ilkin nəticələrində qeyd olunub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 3061 seçki məntəqəsindən 2283-də səslər hesablanıb. Gürcüstan üzrə seçici fəallığı 40,93% təşkil edib, 1 438 116 vətəndaş səs verib.

Seçkilər şənbə günü bütün 64 bələdiyyədə keçirilib, burada seçicilər merləri və yerli nümayəndə şuralarının (sakrebulo) üzvlərini seçiblər. Seçkilərdə iştirak etmək üçün ümumilikdə 3,5 milyon seçici qeydiyyatdan keçib. Ölkə üzrə 3061 seçki məntəqəsi fəaliyyət göstərib.

İlkin məlumatlara görə, bütün bələdiyyələrdə "Gürcü arzusu" liderlik edir. Müxalif "Güclü Gürcüstan - Lelo" partiyası 6,77 faizlə ikinci, 3,87 faizlə "Qaxariya Gürcüstan üçün" üçüncü, 3,29 faizlə "Girçi" partiyası üçüncüdür.

Digər partiyalar, o cümlədən Gürcüstan Naminə Mühafizəkarlar (2,76%), Vətənpərvərlər Alyansı (0,84%) və Vətən, Dil, İnam (0,37%), hər biri 3%-dən az səs toplayıb.

Seçkiləri 28 beynəlxalq və 27 yerli müşahidəçi təşkilat izləyib, ölkə üzrə 73-dən çox KİV-də işıqlandırılıb.

Yaxın günlərdə Mərkəzi Seçki Komissiyasının yekun nəticələri açıqlayacağı gözlənilir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
4
news.milli.az

5Mənbələr