AZ

“Qarabağ”dan MARAQLI XƏBƏR - İnanın, bu, belədir!

Cari mövsüm avrokuboklarda ən çox qələbə qazanan klubların siyahısı açıqlanıb.
 
“Qarabağ” bu siyahıda ön sıralarda yer alır. “Köhlən atlar” 8 oyunun 7-də qalib gəlib, yalnız bir görüşdə məğlubiyyətlə üzləşiblər.
 
Eyni göstəriciyə Danimarkanın “Midtyullann” və Portuqaliyanın “Braqa” klubları da sahibdir. Onlar isə 7 qələbənin yanında 1 heç-heçəyə imza atıblar.
 
İlk “beşliy”i Polşa “Rakov”u (6 qələbə, 1 məğlubiyyət) və İsveç “Malmö”su (6 qələbə, 1 məğlubiyyət, 3 heç-heçə) tamamlayır. (Sportinfo.az)
 
Seçilən
18
5
moderator.az

9Mənbələr