AZ

Məhkəmə Trampın qərarını təxirə saldı

Oreqon ştatının məhkəməsi ABŞ prezidenti Donald Trampın Portlenddə iğtişaşlarla mübarizə üçün Milli Qvardiya qoşunlarını yerləşdirməsinə müvəqqəti qadağa qoyub.

Azreform.info xəbər verir ki, müvafiq məhkəmə qərarını xarici agentliklər yayıb.

Qərara əsasən məhkəmə iddiaçıların müvəqqəti addımla bağlı iddiasını təmin edib. Ehtiyat tədbiri oktyabrın 18-dək qüvvədə olacaq.

Sentyabrın 27-də Tramp “daxili terrorizmlə” mübarizə aparmaq üçün Oreqon ştatının ən böyük şəhərinə qoşun yeritməyi əmr edib. Prezident qeyd edib ki, qoşunlar "müharibədən zərər çəkmiş Portlend və Antifa və digər yerli terrorçuların hücumu altında olan istənilən ICE (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi) obyektlərini qorumaq üçün" lazımdır.

Sentyabrın 28-də Oreqon ştatının baş prokuroru Den Reyfild Tramp administrasiyasını “Milli Qvardiyanın qeyri-qanuni federallaşdırılmasına” görə məhkəməyə verib.

Seçilən
19
3
azreform.info

4Mənbələr