Zaqatala rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Zaqatala rayonu Mamrıx kənd sakini, 44 yaşlı İslam Davudov yaşadığı kənddə şabalıd yığarkən ağacdan yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.