III MDB Oyunlarında oğlan boksçular arasında final qarşılaşmaları davam edir.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan millisinin təmsilçisi Şahin Aslanov (60 kq) Özbəkistan idmançısı Otabek Nurmahamadovu məğlub edərək qızıl medal qazanıb.
Bundan əvvəl digər boksçularımız da final görüşlərində uğur qazanıb. Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq) və Əli Abaslı (52 kq) qələbə qazanaraq Azərbaycan millisinin hesabına daha bir neçə qızıl medal əlavə ediblər.