HƏMAS Donald Trampın girovların azad olunması ilə bağlı təklifinə razılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“HƏMAS-ın nə dərəcədə ciddi olduğunu çox tez bir zamanda başa düşəcəyik. Bütün bu işlər çox çətin olacaq, amma vacibdir, çünki bunlar olmadan davamlı sülh mümkün deyil”, - Rubio bildirib./axar.az