AZ

III MDB Oyunları: Azərbaycan boksçuları turniri 24 medalla başa vurublar

Bakı. Trend:

Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsindəoğlanlar arasında boks yarışlarının final görüşləri yekunlaşıb.

Trend-inməlumatına görə, Azərbaycan millisinin boksçuları uğurlu çıxışedərək qızıl medallar qazanıblar. Qardaş Rəhimov (46 kiloqram), ƏliƏliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Şahin Aslanov (60kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) final görüşlərindərəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinəqalxıblar.

Turnirin digər qızıl medallarını tacikistanlı Behruz Umarov (50kiloqram), özbəkistanlı boksçular- Bekhruzjon Rakhataliyev (54kiloqram), Bobomurod Boymirzayev (57 kiloqram), Dilşod Akmadjanov(63 kiloqram), Oybekjon Abdurahimov (70 kiloqram), KurşidbekJurayev (75 kiloqram) qazanıblar.

Rusiya təmsilçiləri Maksim Sobolev (66 kiloqram) və AstemirKarayev (80 kiloqram) də final görüşlərini qalib kimi başa vuraraqqızıl medala sahib olublar.

Bundan başqa, Azərbaycan boksçuları Əli Ruşanov (46 kiloqram),Ayxan Həsənov (50 kiloqram), Raul Heydərli (57 kiloqram), Əflatunİsmiyev (57 kiloqram), Toğrul Quliyev (60 kiloqram), HaxverdiHəsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram), Şükar Əliyev (75kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) bürünc medallara layiqgörülüblər.

Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5gümüş və 4 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan boksçuları turnirdə 24 medalqazanıblar.

Məqalədə:
Seçilən
16
10
az.trend.az

10Mənbələr