AZ

Formula 1: Mühəndislər Kubokunun qalibi bilindi

Formula 1 üzrə Sinqapur Qran-Prisi başa çatıb.

KONKRET.az xəbər verir ki, yarışa pouldan başlayan “Mersedes” komandasının pilotu Corc Rassel finişə birinci çatıb.

“Red Bull”dan Maks Ferstappen yürüşü ikinci yerdə tamamlayıb. “Maklaren”in pilotu Lando Norris və Oskar Piastri 3-cü və 4-cü yeri tutublar.

Bugünkü nəticə ilə “Maklaren” cari mövsümün Mühəndislər Kubokunun qalibi olub. Komanda bu titulu ardıcıl ikinci, tarixində isə 10-cu dəfə qazanıb.

Seçilən
25
2
konkret.az

3Mənbələr