AZ

Suriyada parlament seçkiləri başa çatdı

Suriyada vətəndaş müharibəsi və Əsəd rejiminin devrilməsindən sonra bu gün ilk parlament seçkiləri keçirilir.

Axar.az xəbər verir ki, bu seçkilərdə Suriya vətəndaşlarının hamısı iştirak etməyəcək.

Siyasi partiyalar da seçkilərdən kənarda qalıb.

Hakimiyyət keçmiş Əsəd tərəfdarlarının seçkilərdə iştirakını, səs verməsini və seçilməsini qadağan edib. Bunun əvəzinə müxtəlif komitələr və seçki kollegiyaları 250 yerlik parlamentin üzvlərini müəyyən etmək üçün səs verəcək. Parlamentin üçdə birini Suriya Prezidenti Əhməd əş-Şara seçəcək.

İyun ayında keçid hökumətinin Xalq Şurasına seçkilər üzrə təyin etdiyi Ali Komitənin 11 üzvü seçkilərə nəzarət edəcək.

Öz növbəsində, Ali Komitə Suriyanın 62 seçki dairəsində seçki alt komitələri təyin edib. Əhalinin sayına görə bəzi dairələr Xalq Şurasında birdən çox yerə sahib olacaqlar.

***

Suriyada hakimiyyət dəyişikliyindən sonra bütün seçki məntəqələrində birpalatalı parlament olan Xalq Şurasına ilk səsvermə başa çatıb və indi səslər hesablanır.

Bu barədə Xalq Şurasına Seçkilər üzrə Ali Komitənin nümayəndəsi Nuvar Nəcmə məlumat verib.
Seçilən
15
2
sherg.az

10Mənbələr