AZ

Lvovda yanan logistika mərkəzinin GÖRÜNTÜLƏRİ yayıldı

Lvovda zərbələrdən sonra alovlanan Sparrow Park logistika kompleksi ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, videonu “Hərbi müşahidəçi” Telegram-kanalı dərc edib.

Kadrlarda anbar terminalının tamamilə yanaraq məhv olduğu görünür. Kompleks Avropadan gətirilən hərbi yüklərin emalı üçün istifadə olunurdu.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri oktyabrın 5-nə keçən gecə Ukraynanın enerji infrastrukturu və hərbi müəssisələrinə hücum edib. Prezident Volodimir Zelenskinin sözlərinə görə, Rusiya ordusu hücum zamanı 50-dən çox raket (o cümlədən “Kinjal”lar) və təxminən 500 pilotsuz uçuş aparatı tətbiq edib. Nəticədə Ukraynanın bir sıra şəhərlərində elektrik kəsilib, Lvov vilayətində isə sənaye texnoparkı və qaz anbarı yanıb.
Bizim.Media

Seçilən
18
1
bizim.media

7Mənbələr