AZ

Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə parlament seçkisi keçirildi

Suriyada hakimiyyət dəyişikliyindən sonra birpalatalı parlament olan Xalq Şurasına ilk səsvermə başa çatıb və hazırda səslər hesablanır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Xalq Şurasına Seçki üzrə Ali Komitənin sözçüsü Nuvar Nəcmə məlumat verib.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Dəməşqdəki Milli Kitabxanada seçki məntəqəsində çıxış edərək, ölkənin müharibə və xaosdan mütəşəkkil seçki fəaliyyətinə keçməyi qısa müddət ərzində bacardığını bəyan edib. O həmçinin qeyd edib ki, yeni parlament çoxsaylı dondurulmuş qanun layihələrini nəzərdən keçirməli olacaq.

Bizim.Media

Seçilən
104
2
bizim.media

4Mənbələr