AZ

“Şükür ki, bu dəfə fərqlənmək mənə qismət oldu”

“Hər bir futbolçu qol vurmaq istəyir.

Bu mövsüm ilk qolum idi, ona görə sevinclə qeyd etdim.

İrəlidə daha çox fərqlənərək komandama faydalı olmaq istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərov deyib.

28 yaşlı forvard Premyer Liqanın VIII turunda “İmişli” üzərində 2:0 hesablı qələbə qazandıqları matçın 90+5-ci dəqiqəsində vurduğu qoldan danışıb:

“Gözlədiyimiz kimi çətin oyun oldu. Şükür ki, yaxşı çıxış edib qələbə qazandıq.

Həmişə çalışıram ki, qol və ya asistlə komandama kömək edim. Bu dəfə fərqlənmək mənə qismət oldu”.

Seçilən
38
2
sportinfo.az

3Mənbələr